1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Moldova Ermənistan və Azərbaycan arasında sülh sazişinin mətni üzrə danışıqların başa çatmasını alqışlayır.
Oxu.Az xəbər verir ki, bu barədə Moldova Xarici İşlər Nazirliyi "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.
Paylaşımda deyilir: "Bu, Cənubi Qafqaz regionunda davamlı sülh və sabitliyə nail olmaq yolunda vacib addımdır".
🇲🇩 MFA welcomes the conclusion of negotiations between Armenia and Azerbaijan on the text of the Peace Agreement.
— 🇲🇩 MFA Moldova (@MoldovaMFA) March 14, 2025
This is an important step towards achieving lasting peace and stability in the South Caucasus region.