AZ

İranın 5 casusu saxlanıldı


Türkiyədə İrana casusluq edən 5 nəfər saxlanılıb.

Lent.az yerli mediaya istinadla bildirir ki, Milli İstihbarat Təşkilatı və prokurorluq əməkdaşları İstanbul, Antalya və Mersin şəhərlərində əməliyyatlar keçiriblər.

Nəticədə 5 şübhəlinin İran xüsusi xidmət orqanlarına məlumat sızdırdıqları üzə çıxıb. Məlum olub ki, onlar ordu və Türkiyənin xaricdə planlaşdırdığı proseslərlə bağlı məlumatlar toplayaraq, İran kəşfiyyatına ötürüblər.


Seçilən
25
news24.az

1Mənbələr