AZ

"Real Madrid" Mbappe və Vinisiusun birgə oyunundan narahatdır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



"Real Madrid" hücumçuları Kilian Mbappe və Vinisius Juniorun birlikdə meydana çıxdıqları zaman oyun səviyyəsindən narahatdır.
Oxu.Az-ın məlumatına görə, bu barədə "Relevo" nəşri xəbər verib.
Mənbənin sözlərinə görə, klub Mbappenin gəlişinin dərhal komandanın yüksək səmərəliliyini təmin edəcəyini gözləyirdi ki, bu da "Real Madrid"in digərlərindən üstünlüyü olacaqdı. Lakin fransalı futbolçunun komandada olduğu altı aydan sonra "Real Madrid" etiraf edib ki, futbolçular arasında heç bir "qığılcım" yoxdur. Onlar birlikdə meydana çıxdıqda, ya biri yaxşı çıxış edir, ya da heç biri. Hər iki forvardın keyfiyyətli futbol oynaması isə nadir hallarda baş verir.
Bununla belə, "Real Madrid" Mbappe və Vinisiusun fərdi səviyyəsinə şübhə etmir, həm də başa düşür ki, onlar sağlam olduqda, əsas heyətdə olmaları lazımdır. Onlardan hər hansı birinin ehtiyat oyunçular skamyasında olması variantı isə nəzərdən keçirilmir.
Seçilən
88
50
oxu.az

10Mənbələr