AZ

ABŞ dövlət katibi Cənubi Afrikanın səfirini arzuolunmaz şəxs elan edib

Bakı. Trend:

ABŞ dövlət katibi Marko Rubio Cənubi Afrika Respublikasınınsəfiri İbrahim Rəsulu arzuolunmaz şəxs elan edib.

Trend-in məlumatına görə, bu barədə Marko Rubio "X" sosialşəbəkəsində yazıb.

"Biz artıq Cənubi Afrika səfirini böyük ölkəmizdə alqışlamırıq.İbrahim Rəsul Amerikaya və onun prezidentinə nifrət edən irqçisiyasətçidir. Onunla müzakirə edəcəyimiz heç nə yoxdur və indi o,arzuolunmaz şəxs elan edilib", - deyə M.Rubio bildirib.

Dövlət katibi paylaşımını Cənubi Afrika diplomatının Amerikaliderinə hücumlarına istinad edən Breitbart portalına istinadlamüşayiət edib.

Seçilən
30
az.trend.az

1Mənbələr