AZ

HƏMAS buna razı olmasa, ABŞ tədbir görəcək - Bəyanat

HƏMAS Qəzza zolağında atəşkəsin tezliklə uzadılmasına razılıq verməsə, ABŞ tədbir görəcək.

Publika.az xəbər verir ki, bu, ABŞ prezidentinin xüsusi elçisi Stiv Vitkoff və Ağ Ev Milli Təhlükəsizlik Şurasının əməkdaşlarının birgə yazılı bəyanatında bildirilib.

Bəyanatda qeyd edilib ki, çərşənbə axşamı Dohada Stiv Vitkoff və Milli Təhlükəsizlik Şurasının Yaxın Şərq və Şimali Afrika üzrə baş direktoru Erik Treyqer atəşkəsi Ramazan və Pasxa bayramlarından sonra da uzatmaq üçün müvəqqəti təklif təqdim ediblər. Bu, Qəzzada daimi atəşkəsi təmin etmək məqsədilə danışıqlar çərçivəsini hazırlamaq üçün vaxt yaratmaq məqsədi daşıyır.

Sənəddə vurğulanıb: "HƏMAS zamanın öz tərəfində olduğuna arxayın olmaqla çox yanlış edir. Bu belə deyil. HƏMAS son tarixdən yaxşı xəbərdardır və bilməlidir ki, son tarix keçəndə biz də buna uyğun cavab verəcəyik".

Seçilən
55
4
publika.az

10Mənbələr