Məlum olduğu kimi, Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanı 13, 20 və 27 aprel 2025-ci il tarixlərində keçiriləcək.
AzEdu.az xəbər verir ki, buraxılış imtahanlarının şəhər və rayonlar üzrə keçirilmə qrafiki ilə aşağıdakı cədvəldə tanış ola bilərsiniz.
Qeydlər:
- Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixlərdə imtahan verirlər.
- Sabunçu, Xəzər, Sumqayıt, Abşeron, Gəncə, Şəmkir, Lənkəran, Cəlilabad, Masallı, Xaçmaz və Qubada yerləşən məktəblərin şagirdlərinin imtahanı hərəkət intensivliyinin azaldılması məqsədilə iki imtahan gününə bölünüb. Cədvəldə bu hal müvafiq olaraq, I və II hissə kimi adlandırılıb.
- İmtahana buraxılış vərəqəsi hər imtahan günündən 5 gün əvvəl DİM-in saytında yerləşdiriləcək.