AZ

Ermənistan parlament sədrini “Türkiyə fahişəsinin oğlu” adlandırıb, azyaşlı qızıyla hədələdilər...

“Çox güman ki, bu hücum Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması, həmçinin Ermənistan tərəfdən Türkiyə ilə sərhədlərin açılması  “münasibətilə” Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edilib...”
 
Özünü Rusiyada yaşayan erməni kimi təqdim edən biri sosial şəbəkədə  Ermənistan Milli Assambleyasının sədri Alen Simonyanı və onun azyaşlı uşağını hədələyib.
 
Moderator.az  xəbər verir ki, “Armtimes” nəşrinin yaydığı məlumata görə, Simonyan bu barədə sosial şəbəkədəki səhifəsində belə yazıb:
 
“O adamlardandır ki, Qarabağ uğrunda vuruşmalı olub, amma məlumdur ki, döyüşməyib, indi Rusiyadadır, yaxud rus nömrəsi var, ermənicə yazmağı bilmir. O, “baba və nənə” heykəlinin şəklini qoyub, xaçlar düzüb, ləqəb kimi erməni kodu yazıb, məni azyaşlı övladımla hədələyib, mənə hədə-qorxu gəlir...
Ümid edirəm ki, “nkr009”-u tapacaqlar”.
Ermənistan spikerini hədələyən şəxsin yazısının məzmunu təxminən belədir:
“Sənin vaxtın çatıb, yaramaz. Ermənilər sənin ardınca düşüb, Türkiyə fahişəsinin oğlu. Sən və sənin kimilər bağışlanmaq üçün yalvaracaqsız. Biz sənin qızınla yaxşıca əylənəcəyik...”
 
P.S. Çox güman ki, bu hücum Azərbaycanla Ermənistan arasında sülh sazişinin mətninin razılaşdırılması, həmçinin Ermənistan tərəfdən Türkiyə ilə sərhədlərin açılması  “münasibətilə” Rusiya xüsusi xidmət orqanları tərəfindən təşkil edilib...
 
S.Laçın
 
Seçilən
17
moderator.az

1Mənbələr