“TikTokun ABŞ-də fəaliyyətini davam etdirməsinə imkan verəcək sosial şəbəkənin satışına dair razılaşma çox güman ki, aprelin 5-dək əldə olunacaq.”
Bunu ABŞ-nin vitse-prezidenti Devid Vens “NBC News”a müsahibəsində deyib.
"Demək olar ki, milli təhlükəsizlik məsələləri ilə bağlı narahatlığımızı təmin edərək TikTok üçün ABŞ-də ayrıca qurumun yaradılmasına imkan veriləcəyinə inanıram", - o bildirib.
Qeyd edək ki, yanvarın 20-də ABŞ prezidenti Donald Tramp andiçmə mərasimindən sonra bu platformanın ABŞ-də bloklanmasını ən azı 75 gün (aprelin 5-nə qədər) təxirə salınmasını nəzərdə tutan sərəncam imzalayıb.
O, həmçinin jurnalistlərə bildirib ki, ABŞ TikTokun yarısına sahib olmalıdır.(APA)