ABŞ prezidenti Donald Trampın girovlarla iş üzrə xüsusi nümayəndəsi Adam Beler vəzifəsini tərk edəcək.
Bu barədə Ağ Evdəki mənbələrə istinadən “Axios” portalı məlumat yayıb.
Məlumata görə istefa planlaşdırılıb və bu , Tramp administrasiyasının Belerə başqa vəzifədə daha geniş səlahiyyətlər vermək istəyi ilə bağlıdır.