AZ

İsrailin hücumları nəticəsində Qəzzada ölən jurnalistlərin sayı 206-ya çatıb

İsrail ordusunun Qəzza zolağında həyata keçirdiyi hücumlarda yaralanan daha bir jurnalist vəfat edib.

APA xəbər verir ki, Fələstin Jurnalistlər Forumu İsrailin Qəzzanı bombalaması nəticəsində yaralanan jurnalist Əla Əsəd Haşimin vəfat etdiyini açıqlayıb.

Bununla da İsrailin 7 oktyabr 2023-cü ildən Qəzzaya hücumları nəticəsində həlak olan fələstinli jurnalistlərin sayı 206-ya yüksəlib.

Oktyabrın 7-dən bu yana İsrailin Qəzza zolağına hücumları nəticəsində 48 524 fələstinli ölüb, 111 955 nəfər yaralanıb ki, onların da təxminən 17 841-i uşaq və 12 298-i qadındır.

Dağıntılar altında hələ də minlərlə insanın cəsədinin olduğu bildirilir.

Seçilən
23
apa.az

1Mənbələr