AZ

Kursk ukraynalı əsgərlər üçün cəhənnəmə çevrilib

Ukrayna ordusu Rusiyanın Kursk vilayətində çətin duruma düşüb. Rusiyanın ordu aviasiyasının ekipajı Ka-52M helikopteri ilə qarışıq taktiki qrupun tərkibində Kurskun sərhəd bölgəsində Ukrayna Silahlı Qüvvələrinin (VSU) hərbçilərinə və zirehli texnikasına zərbələr endirib. Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Qurumun məlumatına görə, zərbə Rusiya qoşunlarının “Sever” qrupunun bölmələrinə dəstək adlı döyüş tapşırığı zamanı aviasiya raketləri ilə endirilib. Hava nəzarətçisi bütün düşmən hədəflərinin məhv edildiyini təsdiqləyib.

Bir gün əvvəl Rusiya Müdafiə Nazirliyi bir həftə ərzində rus qoşunlarının Kursk vilayətində 28 yaşayış məntəqəsini azad etdiyini bildirmişdi. Onların arasında Sudja, Malaya Loknya, Çerkasskoye Poreçnoye, Nikolaevka, Staraya Soroçina və başqaları var.

Bundan əvvəl Putin sərhəd bölgəsindəki ukraynalı hərbi qruplaşmaların tamamilə təcrid olunduğunu və onların atəş nəzarəti altında qaldıqlarını bildirmişdi. O vurğulayıb ki, bütün əsirlərlə Rusiya qanunlarına uyğun olaraq humanist rəftar edilməlidir. Lakin əcnəbi muzdlular hərbi əsirlərə dair Cenevrə Konvensiyasına daxil deyil. Bundan başqa, Kursk vilayətində dinc əhaliyə qarşı cinayət törədənlərin əməlləri Rusiya hakimiyyəti tərəfindən terrorizm kimi qiymətləndirilir.

Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları ötən ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ukrayna ordusu ötən il gözlənilmədən Rusiyanın Kursk vilayətinə girdi. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.

Tural

Seçilən
12
news365.az

1Mənbələr