AZ

Mərakeşdə yaşayan Azərbaycan icması və Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri ilə görüş keçirilib (FOTO)

Bakı. Trend:

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov MərakeşKrallığının paytaxtı Rabatda Azərbaycan icması vəMərakeş-Azərbaycan Dostluq Assosiasiyasının üzvləri iləgörüşüb.

Trendxəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumatyayıb.

Bildirilib ki, tədbir Mərakeş Krallığının və AzərbaycanRespublikasının Dövlət himnlərinin səsləndirilməsi, ölkəmizin ərazibütövlüyü və suverenliyi uğrunda canından keçən Vətənoğullarının əziz xatirəsinin ehtiramla yad olunması iləbaşlayıb.

“Dövlətimizin diaspor siyasəti Prezident İlham Əliyevinrəhbərliyi altında yeni meyarlarla zənginləşib və xaricdə yaşayanazərbaycanlılarla əlaqələr daha da intensivləşib” - komitə sədri busözləri Azərbaycan icması ilə görüşdə səsləndirib.

Azərbaycan Respublikasının Mərakeş Krallığındakı fövqəladə vəsəlahiyyətli səfiri Nazim Səmədov ölkələrimiz arasında dostluqəlaqələrinin daha da möhkəmləndiyini və Mərakeşdəki icmamızın busahəyə töhfələr verdiyini bildirib.

Mərakeş-Azərbaycan Dostluq Assosiasiyasının prezidenti MəhəmmədFakiri görüşün təşkilinə görə komitəyə təşəkkür edib, bundan sonraassosiasiyanın Azərbaycan icması ilə əlaqələrinin daha dadərinləşəcəyinə inamını ifadə edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin və diasporun həyatakeçirdiyi çoxyönlü layihələr, xaricdəki Azərbaycan Evləri,Koordinasiya Şuraları, həftəsonu məktəbləri və digər vacibistiqamətlər barədə ətraflı məlumat verilib, ölkə başçısınınQarabağda qazanılan qələbə ilə bağlı çıxışlarının yer aldığıvideoçarxlar nümayiş olunub.

Vaxtilə Azərbaycanda təhsil alan mərakeşlilər Azərbaycan icmasıilə keçirilən görüşü yüksək qiymətləndirib, dövlət-icmaəlaqələrinin inkişafına yeni töhfələr verməyə hazır olduqlarınıdilə gətiriblər.

Soydaşlarımız xaricdəki icmalarımıza göstərilən diqqətə görəAzərbaycan dövlətinə minnətdarlıqlarını bildirib, diasporfəaliyyətinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin yerliictimaiyyətə daha geniş çatdırılması ilə bağlı fikirlərini bölüşüb,təkliflərini səsləndiriblər.

Görüşdən sonra komitə Azərbaycanın Mərakeşdəki Səfirliyi iləbirgə iftar süfrəsi təşkil edib.

Qeyd edək ki, dövlət başçısının tapşırıq və tövsiyələrinə uyğunolaraq Diasporla İş üzrə Dövlət Komitəsi son illər xarici ölkələrdəkeçirilən icma görüşlərinin əhatəsini daha da genişləndirib və bu,diaspor fəaliyyətinin inkişafına əvəzsiz töhfələr verib.

Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Mərakeşdə
Seçilən
15
7
az.trend.az

8Mənbələr