AZ

Uşaq bağçasına silahlı hücum: Yaralanan var - VİDEO - FOTO 

  Rusiyada naməlum şəxs uşaq bağçasında odlu silahdan atəş açıb.

"Referans" oxu.az-a istinadən xəbər verir ki, hadisə Yeni Moskvada yerləşən "Bilingual Kids Academy"də qeydə alınıb.

Hücum nəticəsində uşaq bağçasının əməkdaşı ayağından yaralanıb. Uşaqlar xəsarət almayıblar.

Hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyirlər.

"SHOT" "Telegram" kanalının məlumatına görə, atəşi uşaqlardan birinin atası açıb. O, boşanmaqda olduğu həyat yoldaşı ilə uşaq bağçasında qarşılaşıb.

Sonra qısqanc kişi keçmiş həyat yoldaşının sevgilisinin ayağına atəş açıb və sakit şəkildə skamyada oturaraq polisin gəlməsini gözləyib.

Yaralı aldığı xəsarət nəticəsində xəstəxanaya yerləşdirilib, həyatına təhlükə yoxdur.





Seçilən
30
3
referans.az

4Mənbələr