AZ

Azərbaycanda 500 nəfər böyrək GÖZLƏYİR

2006-cı ildən etibarən bütün dünyada hər il martın ikinci cümə axşamı rəsmi şəkildə Ümumdünya Böyrək Günü qeyd edilir. 2013-cü ilin bu gününün şüarı “Kəskin böyrək çatışmazlığının inkişafına son”dur

Modern.az Azərbaycanda böyrək çatışmamazlığı ilə bağlı vəziyyəti öyrənmək üçün. Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzi ilə əlaqə saxlayıb.

Qurumdan bildirilib ki, böyrək köçürülməsi üçün gözləmə siyahısında qeydiyyata alınmış 500-dən çox xəstə var. Lakin ölkədə 4 minə yaxın vətəndaş dializ müalicəsi alır. Onların yaxın qohum donoru olmadığı üçün və meyit donora ümidləri olmadığından gözləmə siyahısına daxil olmayıblar.

Bildirilib ki, eyni zamanda, təxminən 500 nəfər sümük iliyi, 100 nəfər isə qaraciyər transplantasiyası üçün qeydiyyatdadır.

Seçilən
0
37
modern.az

10Mənbələr