Avropa Birliyi ölkələri Kremlin 30 günlük atəşkəs zamanı Ukraynaya silah tədarükünü dayandırmaq tələbini yerinə yetirmək niyyətində deyil.
Axar.az xəbər verir ki, bu barədə DV nəşri adı açıqlanmayan Avropa diplomatlarından birinə istinadən yazıb.
"AB Ukraynanın sülh danışıqlarında mümkün qədər güclü mövqedə olmasına çalışır, həmçinin ona, Trampın dediyi kimi, “pis” razılaşmadan imtina edə bilməsi və özünə ən uyğun anı seçməsi üçün şərait yaratmaq istəyir. Mən düşünmürəm ki, Avropa Birliyi və onun üzvləri atəşkəsin şərti kimi aqressorun tələb etdiyi halda Kiyevə silah tədarükünü dayandıracaq", – Brüsseldə keçirilən brifinqdə Avropa diplomatı bildirib.