Qadın sürücü qəza törətdi - Yaralanan var
Abşeron rayonunda 19 yaşlı gənc qız yol qəzasında xəsarət alıb. Manset.az Report.az-a istinadən xəbər verir ki, 2006-cı il təvəllüdlü Əliyeva Ayan Zaur qızının idarə etdiyi avtomobil yol kənarındakı maneəyə çırpılıb. Hadisə nəticəsində xəsarət alan A.Əliyeva təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması diaqnozu qoyulub. Fakt araşdırılır.