AZ

Goranboyda 9 otaqlı ev yandı

Goranboyda 9 otaqlı ev yanıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Qaradağlı kəndində baş verib.

Belə ki, kənd sakini Nizami Vəliyevə məxsus ümumi sahəsi 386 m² (hər mərtəbəsi 143 m², mansardası 100 m²) olan ikimərtəbəli mansarda tipli 9 otaqlı fərdi yaşayış evində anidən yanğın olub.

Dərhal hadisə yerinə FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Goranboy rayon Dövlət Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən texnikası və canlı qüvvəsi cəlb olunub.

Yanğın zamanı ikimərtəbəli evin mansardasının yanar konstruksiyaları, ikinci mərtəbəsində 2 otağın tavanı və içərisində olan ev əşyaları 100 m² sahədə yanıb.

Yanğın söndürülüb, evin qalan hissəsi yanğınsöndürənlər tərəfindən mühafizə edilib.Yanğının qonşuluqdakı evlərə keçməsinin qarşısı alınıb, xəsarət alan olmayıb.

Qeyd edə ki, evin yanan Nizami Vəliyev Şuşa fahtehidir və ehtiyatda olan polkovnik-leytenantdır.

Hadisə ilə bağlı araşdırma aparılır.

Tural Əhmədov

Seçilən
15
18
unikal.az

10Mənbələr