Hesablama Palatası Dövlət Turizm Agentliyində (DTA) audit aparır.
İndex.az xəbər verir ki, bu barədə Hesablama Palatası məlumat yayıb.
Bildirilib ki, Palatanın 6 dekabr 2024-cü il tarixli Kollegiyasının qərarı ilə təsdiq edilmiş 2025-ci il üçün iş planına uyğun olaraq, cari ilin yanvar ayından etibarən Dövlət Turizm Agentliyində dövlət vəsaitlərinin və digər dövlət əmlakının idarə olunmasına dair audit keçirilir.
“Hesablama Palatası haqqında” Qanunun 22-ci maddəsinə əsasən, hazırda audit prosesi davam edir.