AZ

Kubanın elektrik şəbəkəsi yarımstansiya qəzasından sonra dağılıb

Kubanın milli elektrik şəbəkəsi "Dyesmero” yarımstansiyasında baş verən qəzadan sonra sıradan çıxıb.

Bu barədə respublikanın Energetika və Mədən Sənayesi Nazirliyinin "X” sosial şəbəkəsindəki paylaşımında bildirilir.

"Bu axşam "Dyesmero” yarımstansiyasında baş vermiş qəza Kubanın qərbində əhəmiyyətli enerji itkilərinə səbəb olub və bu, Milli Elektrik Sisteminin fəaliyyətinin dayanmasına səbəb olub", - nazirlik qeyd edib.

Nazirlikdən əlavə olunub ki, artıq elektrik enerjisinin verilməsinin bərpası üzrə işlər aparılır.

Kubada əvvəlki böyük elektrik kəsintisi 2024-cü ilin oktyabrında baş vermişdi. Daha sonra ölkənin Antonio Qiteras adına ən böyük istilik elektrik stansiyası ardıcıl bir neçə dəfə sıradan çıxdı və bu, sonradan milli elektrik təchizatı sisteminin dayandırılmasına səbəb olub. Kubanın çox hissəsi bir neçə gün ərzində elektriksiz qaldı.
 
 

Seçilən
10
50
7news.az

10Mənbələr