AZ

Kərə yağı – “hara yağı”?!

Qida Təhlükəsizliyi Agentliyi bu məhsullarda uyğunsuzluq aşkarlayıb

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) həyata keçirdiyi nəzarət tədbirləri çərçivəsində fiziki şəxs İmanverdiyev Elman Sahib oğlu İmanverdiyevin istehsal etdiyi kərə yağı məhsullarından nümunələr götürülüb. Nümunələrin sınaq nəticələrinə əsasən, kərə yağı adı ilə satılan məhsul partiyalarında bitki sterini – “Kampesterin” (bitki yağı) ilə yanaşı, yağ turşuları üzrə də uyğunsuzluq (Linolen, Palmitin, Olein yağ turşuları) aşkar edilib.

Agentlik sözügedən məhsul partiyalarının dövriyyədən çıxarılması və ticarət şəbəkələrindən yığışdırılması ilə bağlı məhdudlaşdırıcı qərar qəbul edib. Eyni zamanda, sahibkar barəsində inzibati tədbir görülüb, aşkar edilən nöqsanların aradan qaldırılması ilə bağlı icrası məcburi göstərişlər verilib.

Qeyd edək ki, aşkarlanan uyğunsuzluqlar qida məhsulunun təhlükəsizlik göstəriciləri ilə bağlı olmasa da, istehsalçının qanunvericiliyə zidd şəkildə istehlakçıları aldatması və hüquqlarının pozulması hesab olunur. Belə ki, kərə yağı məhsullarının üzərində təbii inək südündən alınmış, pasterizə edilmiş qaymaqdan istifadə edilməsi bəyan edilsə də, yoxlama zamanı məhsulun faktiki tərkibinə bitki yağının qatılması halı aşkar edilib.

XQ

Seçilən
63
48
xalqqazeti.az

10Mənbələr