Rusiyanın hava hücumundan müdafiə sistemləri Ukraynanın 126 pilotsuz uçuş aparatını məhv edib.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, Volqoqrad vilayəti üzərində 64, Voronej vilayətində 38, Belqorod vilayətində 14, Rostov vilayətində iki, Kursk vilayətində isə bir pilotsuz təyyarə vurulub.
Bryansk vilayətinin qubernatoru Vyaçeslav Qladkov bildirib ki, pilotsuz təyyarənin hücumu nəticəsində bölgənin müxtəlif ərazilərində bir neçə fərdi evə ziyan dəyib. Voronej vilayətində, ilkin məlumatlara görə, tələfat və dağıntı yoxdur.
Həmidə İbrahimova