AZ

Qadın futbolçularımız Bolqarıstan millisi ilə üz-üzə gələcəklər

17 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün Avropa çempionatının II seçmə mərhələsində növbəti (ikinci) oyununu keçirəcək.

hakimiyyet.az xəbər verir ki, B Liqasının ikinci qrupunda yer alan yığma Bolqarıstanla üz-üzə gələcək.

Bayıl stadionunda təşkil olunacaq qarşılaşma saat 16:00-da başlayacaq.

Qrupun digər oyununda Lüksemburq və Malta seçmələri qarşılaşacaq (saat 11:00-da).

Qeyd edək ki, millimiz ilk oyunda Lüksemburq seçməsinə 0:5 hesabı ilə uduzub.

Seçilən
13
7
hakimiyyet.az

8Mənbələr