
ABŞ Prezidenti Donald Tramp İraqda İŞİD qruplaşmasının liderlərindən birinin məhv edildiyini bildirib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “Truth Social” sosial şəbəkə hesabında qeyd edib.
O, həmçinin qeyd edib ki, əməliyyat İraq hökuməti ilə koordinasiya əsasında həyata keçirilib.
Digər tərəfdən, martın 14-də İraqın Baş naziri və ali baş komandanı Məhəmməd əl-Sudani Əbu Xədicə ləqəbli İŞİD liderlərindən birinin məhv edildiyi barədə məlumat yayıb.
Onun sözlərinə görə, İraq təhlükəsizlik qüvvələri bu əməliyyatı beynəlxalq koalisiya qüvvələrinin dəstəyi ilə həyata keçirib.
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) da Əbu Xədicəyə birgə zərbə endirdiklərini bildirib. ABŞ ordusu DNT testi vasitəsilə Xədicənin şəxsiyyətini təsdiq edib.
CENTCOM bildirib ki, öldürülən terrorçu bütün dünyada İŞİD hücumlarının logistika və planlaşdırılmasına cavabdeh olub.