AZ

G7 ölkələrindən Rusiyaya çağırış

ABŞ, Almaniya, İngiltərə, Fransa, İtaliya, Yaponiya və Kanadadan ibarət G7-nin xarici işlər nazirləri Rusiyanı Ukraynada atəşkəsi təmin etmək üçün Səudiyyə Ərəbistanında müzakirə edilən təklifi qəbul etməyə çağırıblar.

"Cebheinfo.az" xəbər verir ki, ABŞ Dövlət Departamenti Kanadada keçirilən G7 ölkələrinin xarici işlər nazirləri toplantısı ilə bağlı ölkələrin verdiyi birgə bəyanatı dərc edib.

Bəyanatda Moskvanı Səudiyyə Ərəbistanında müzakirə edilən atəşkəs təklifini qəbul etməyə çağıraraq, G7 ölkələrinin atəşkəs əldə olunmayacağı təqdirdə Rusiyaya qarşı daha çox sanksiyaların tətbiqi və Kiyevə əlavə dəstək verilməsi məsələsini müzakirə etdiyi bildirilib.

Sənəddə atəşkəsin Kiyevin “yeni təcavüzlərdən çəkindirə və müdafiə edə bilməsi” üçün etibarlı təhlükəsizlik tənzimləmələrini ehtiva etməli olduğu bildirilib.

Seçilən
5
cebheinfo.az

1Mənbələr