İngiltərənin "Mançester Siti" klubunun futbolçusu İlkay Gündoğan karyerasını “Qalatasaray”da davam etdirəcək.
News24.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
İddia olunub ki, mövsümün sonunda "Mançester Siti" ilə müqaviləsi bitən yarımmüdafiəçi Türkiyə təmsilçisi ilə 2 illik müqavilə imzalayacaq.
Qeyd edək ki, İ.Gündoğan bu mövsüm "Mançester Siti" forması ilə 38 oyuna çıxıb, 2 qol vurub və 2 məhsuldar ötürmə edib./axar.az