AZ

Diaspor fəalı Surəddin Hümbətov vəfat edib

Azərbaycan diaspor hərəkatının tanınmış simalarından biri, Diaspor Komitəsində yüksək vəzifələrdə çalışmış Surəddin Hümbətov uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.


O, Moskva Dövlət Universitetinin tarix fakültəsini bitirmiş, türklərin tarixi və Çanaqqala döyüşündə şəhid olan azərbaycanlılarla bağlı fundamental araşdırmaların müəllifi olub. 2017-ci ildə Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif edilən S. Hümbətov, bütün həyatını Azərbaycan diasporunun quruculuğuna və inkişafına həsr etmişdi.


Əsl ziyalı və vətənpərvər şəxsiyyət kimi tanınan Surəddin Hümbətov, ölkəmiz qarşısında əvəzsiz xidmətləri ilə yaddaşlarda qalacaq. Onu tanıyanlar həmişə onun biliyindən, insanlığından və fədakarlığından razılıqla bəhs ediblər.


Allah rəhmət eləsin!


Seçilən
44
news365.az

1Mənbələr