AZ

“Ariel” aldadır, bir yumada ləkə təmizlənmir


Məşhur yuyucu vasitə markası olan “Ariel” Türkiyədə cərimələnib.

Axar.az xəbər verir ki, buna səbəb brendin saxta reklamıdır.

Belə ki, brendin reklamında 1 yumada ləkəli paltarların təmizlənəcəyi vəd edilir.

Həmin reklamdan Ticarət Nazirliyinə şikayət edilib. Şikayətdən sonra tədbir görülüb və brendin reklamında 1 yumada təmizlənəcəyini iddia etdiyi ləkə nazirlik tərəfindən aparılan sınaqda 8 yumada silinib.

Rəqib məhsullardan daha az yuyucu vasitə ilə daha yaxşı təmizlik təmin etdiyini iddia edən “Procter & Gamble” şirkəti aldadıcı reklam səbəbi ilə 2,2 milyon lirə cərimə edilib.


Seçilən
7
5
news24.az

6Mənbələr