AZ

Qədim insan məskənləri tarixin təməlidir

Martın 15-də Heydər Əliyev Mərkəzində Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə “Qədim insan məskənlərinin mühafizəsi: Təhdidlər və müasir yanaşmalar” mövzusunda beynəlxalq elmi-praktiki konfrans keçirilib.

Məclisdə əvvəlcə Azıx və Tağlar mağaraları ilə bağlı videoçarx nümayiş olunub.

Mədəniyyət nazirinin müavini Fərid Cəfərov bildirib ki, əsas məsələ beynəlxalq səviyyədə qədim insan məskənlərinin mühafizəsi üzrə tədbirin keçirilməsidir. “Təbii ki, bu məskənlər ən çox müharibələr zamanı vandalizmə məruz qalır. Bundan əlavə, təbiət hadisələri də bu prosesə təsir göstərir. Bu gün mühafizə rejimləri dəyişməli, yeni çağırışlara uyğunlaşmalıdır”, – deyə F.Cəfərov əlavə edib.

Azərbaycanın UNESCO yanında daimi nümayəndəsi Elman Abdullayev qeyd edib ki, hazırda mədəni irs üçün ən böyük təhlükə mina problemidir. O, işğaldan azad edilmiş ərazilərin böyük bir hissəsinin mədəni irs abidələrinin əhatəsində yerləşdiyini deyib. Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Aktotı Raimkulova rəhbərlik etdiyi Fondun fəaliyyət istiqamətindən söhbət açıb. İqtisadi Əməkdaşlıq Təşkilatı Mədəniyyət İnstitutunun prezidenti Saad S.Xan İƏT-in fəaliyyət istiqaməti barədə məlumat verib.

AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktoru, dosent Fərhad Quliyev işğaldan azad edilən ərazilərimizdə sistematik şəkildə məhv edilən tarixi abidələrimizin bərpa edilib, gələcək nəsillərə ötürülməsinin vacibliyindən danışıb, Akademiyanın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktor müavini, Akademiyanın müxbir üzvü Vəli Baxşəliyev Gəmiqaya təsvirləri barədə ətraflı məlumat verib.

XQ

Seçilən
12
xalqqazeti.az

1Mənbələr