AZ

A Seriyası: “Milan”dan “Komo” üzərində əzmkar qələbə

Bu gün futbol üzrə İtaliya çempionatında (A Seriyası) 2024/2025-ci illər mövsümünün 29-cu turunun növbəti oyunları keçirilib.

Arena.az xəbər verir ki, ikinci oyun günündə dörd qarşılaşma baş tutub.

“Montsa” – “Parma” matçında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər. Üç qolun qeydə alındığı “Milan” – “Komo” görüşündə meydan sahibləri əzmkar qələbəyə seviniblər. “Udineze” – “Verona” və “Torino” – “Empoli” matçlarının taleyini isə bir qol həll edib. “Verona” səfərdə, “Torino” evdə 3 xala sevinən tərəf olub.

29-cu turun qalan görüşləri martın 16-da keçiriləcək.

İtaliya, A Seriyası
29-cu tur
14 mart

Cenoa – Leççe 2:1
Qollar: Miretti, 16; 45+2 – Krstoviç, 68-pen.

15 mart

Montsa – Parma 1:1
Qollar: İzzo, 60 – Bonni, 84.

Udineze – Verona 0:1
Qol: Duda, 72.

Milan – Komo 2:1
Qollar: Pulişiç, 53. Reynders, 75 – Da Kunya, 33.

Torino – Empoli 1:0
Qol: Vlaşiç, 70.

16 mart

15:30. Venesiya – Napoli
18:00. Bolonya – Latsio
19:00. Roma – Kalyari
21:00. Fiorentina – Yuventus
23:45. Atalanta – İnter

Seçilən
31
arena.az

1Mənbələr