AZ

Bu gün imtahan var

Bu gün, 16 mart 2025-ci il tarixində, Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən I, II, III və IV ixtisas qrupları üzrə sınaq imtahanı keçiriləcək.

DİM-dən “Qafqazinfo”ya bildirilib ki, sınaq imtahanı, ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul imtahanının II mərhələsinin modelinə uyğun olaraq təşkil edilir. Bu imtahan vasitəsilə abituriyentlərə qəbul imtahanının strukturu və məzmunu ilə tanış olmaq imkanı yaradılır.

İmtahanda iştirak etmək üçün qeydiyyat internet vasitəsilə aparılıb və ümumilikdə 3698 abituriyent qeydiyyatdan keçib. İmtahan Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Şəmkir, Şəki, Bərdə, Göyçay, Şirvan, Xaçmaz və Lənkəran şəhərlərində, ümumilikdə 21 binada təşkil olunacaq.

Sınaq imtahanı bütün binalarda saat 11:00-da başlanacaq. İmtahanın müddəti 3 saatdır. 

İmtahanın idarə edilməsi üçün 43 imtahan rəhbəri, 327 nəzarətçi, 21 ümumi imtahan rəhbəri və 42 buraxılış rejimi əməkdaşı ayrılıb.

Seçilən
24
4
qafqazinfo.az

10Mənbələr