AZ

Serbiyada etirazçıların sayı 100 mini ÖTDÜ

Serbiyanın paytaxtı Belqradda keçirilən aksiyada 107 minədək insan iştirak edib.

"Unikal" xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb.

“15 nəfər üçün ayın 15-i” devizi ilə keçirilən aksiyada insanlar əllərində bayraqlarla şüarlar səsləndiriblər.

Aksiya səbəbindən şəhərdə nəqliyyatın hərəkəti dayanıb, əsas avtomagistrallar və yolayrıcları tamamilə bağlanıb.

Qeyd edək ki, insanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə aksiya keçiriblər.

Seçilən
14
2
unikal.az

3Mənbələr