Formula 1 üzrə mövsümün ilk yarışı Avstraliyada baş tutub.
Offsideplus.az xəbər verir ki, yüngül yağış şəraitində keçən yarış maraqlı anlara səhnə olub. Sonda isə ötən gün polu qazanan "Maklaren"in pilotu Lando Norris bütün rəqiblərini qabaqlayaraq yarışı qazanmağı bacarıb.
2-ci yeri son çempion Maks Ferstappen tutub. Podiuma sonuncu yüksələn isə "Mersedes"dən Corc Rassel olub.
"Ferrari" ilə ilk yarışını keçirən 7 qat dünya çempionu Lyuis Hamilton sonda 1 xalla kifayətlənməli olub.