Serbiyanın paytaxtı Belqradda keçirilən aksiyada 107 minədək insan iştirak edib.
Referans Trendə istinadən xəbər verir ki, bu barədə Serbiyanın Daxili İşlər Nazirliyi məlumat yayıb. “15 nəfər üçün ayın 15-i” devizi ilə keçirilən aksiyada insanlar əllərində bayraqlarla şüarlar səsləndiriblər. Aksiya səbəbindən şəhərdə nəqliyyatın hərəkəti dayanıb, əsas avtomagistrallar və yolayrıcları tamamilə bağlanıb. Qeyd edək ki, insanlar keçən il noyabrın 1-də Novı Sad şəhərindəki dəmiryolu vağzalında 15 nəfərin ölümü ilə nəticələnən qəzaya görə aksiya keçiriblər.