“Şamaxı” klubu baş məşqçi Ayxan Abbasovla yeni müqavilə imzalayıb.
Rekord.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, anlaşmanın müddəti növbəti mövsümün sonuna qədər nəzərdə tutulub.
44 yaşlı mütəxəssis cari mövsümün əvvəlindən Şamaxı təmsilçisini çalışdırır. Abbasov həmçinin iki gün öncə Azərbaycanın U-21 mllisinin baş məşqçi postuna təyin olunub.