AZ

Bu, İrana qarşı gedişin başlanğıcıdır - Bessent

Yəməndə husilərə qarşı əməliyyat Donald Tramp administrasiyasının İrana maksimum təzyiq göstərmək strategiyasının başlanğıcıdır.

Axar.az xəbər verir ki, bunu ABŞ-ın maliyyə naziri Skott Bessent deyib.

"Bu, güclü bir siqnaldır və əvvəlki administrasiyanın siyasətindən radikal şəkildə fərqlənir. Husilər və İran başa düşməlidirlər ki, bu, yalnız başlanğıcdır. Biz qlobal ticarəti yavaşlatan və inflyasiya təzyiqlərini artıran naviqasiya azadlığının tıxanmasına imkan verməyəcəyik. İki həftə əvvəl Tramp İrana qarşı "maksimum təzyiq" strategiyasını elan etdi”, - deyə o bildirib.

Qeyd edək ki, ötən gündən başlayaraq ABŞ ordusu husilərə qarşı əməliyyata başlayıb. Paytaxt Sənaya, eləcə də digər şəhərlər zərbələr endirilib.

Seçilən
8
2
axar.az

3Mənbələr