AZ

Ərdoğan Trampla danışdı


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ Prezidenti Donald Trampla telefon danışığı aparıb.
Yeniavaz.com
“Trthaber”ə istinadən xəbər verir ki, telefon danışığı zamanı Türkiyə ilə ABŞ arasında ikitərəfli əlaqələr, regional və qlobal məsələlər müzakirə edilib.
Prezident Ərdoğan Türkiyə və ABŞ-in iki müttəfiq olaraq yeni dövrdə əməkdaşlıqlarını həmrəylik, nəticə yönümlü və səmimi şəkildə inkişaf etdirəcəklərinə tam inandığını bildirib.
Prezident Ərdoğan regional və qlobal hadisələrin Türkiyə ilə ABŞ arasında bütün məsələlərdə məsləhətləşmələrin artırılmasını zəruri etdiyini, ABŞ Prezidenti Trampın Rusiya ilə Ukrayna arasındakı müharibəni sona çatdırmaq üçün atdığı qətiyyətli və birbaşa təşəbbüs addımlarını dəstəklədiklərini, Türkiyənin müharibənin əvvəlindən bəri ədalətli və davamlı sülh üçün səy göstərdiyini və bundan sonra da çalışacağını bildirib.
Prezident Ərdoğan görüş zamanı Suriyada sabitliyin bərpası, yeni administrasiyanın fəaliyyət göstərməsi və normallaşma üçün Suriyaya qarşı sanksiyaların aradan qaldırılmasına birgə töhfə vermələrinin vacib olduğunu və bunun suriyalıların vətənlərinə qayıtmasına imkan yaradacağını bildirib.
Seçilən
1
1
yeniavaz.com

2Mənbələr