AZ

Husilər ABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinə zərbələr endiriblər

Bakı. Trend:

Yəmənin “Ənsar Allah” üsyançı hərəkatının husiləri ABŞ-ninYəmənə endirdiyi zərbələrə cavab olaraq Qırmızı dənizin şimalındaABŞ-nin “USS Harry Truman” təyyarədaşıyan gəmisinə hücumediblər.

Trend-inməlumatına görə, bu barədə hərəkatın silahlı qüvvələrininnümayəndəsi Yəhya Sariya deyib.

"Yəmən silahlı qüvvələri təcavüzə cavab olaraq hərbi əməliyyatkeçirib və bu əməliyyat zamanı Amerikanın “USS Harry Truman”aviadaşıyıcısı və onu müşayiət edən gəmiləri 18 ballistik vəqanadlı raketdən, həmçinin pilotsuz uçuş aparatından istifadəetməklə Qırmızı dənizin şimal hissəsində hücuma məruz qalıb", -deyə o bildirib.

Onun sözlərinə görə, husi qüvvələri Qırmızı dəniz və Ədənkörfəzindəki ABŞ hərbi gəmilərinə hücumu davam etdirəcək və İsrailQəzza zolağına humanitar yardımın çatdırılmasını bərpa edənə qədərBab əl-Məndəb boğazından İsrailin kommersiya gəmilərinə maneolacaq.

Məqalədə:
Seçilən
18
az.trend.az

1Mənbələr