ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolts və Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri iHkmət Hacıyev arasında telefon danışığı olub.
Heftelik.az-ın xəbərinə görə, Mayk Uolts bu barədə “X” hesabında paylaşım edib.
“Cənubi Qafqazdakı münaqişə sona çatmalıdır. Azərbaycan və Ermənistanın böyük bir addım ataraq sülh sazişi üzərində razılığa gəlməsindən məmnunuq. Ona bildirdim ki, biz bu sülh müqaviləsini indi yekunlaşdırmalı, məhbusları azad etməli və regionu daha təhlükəsiz, firavan etmək üçün birlikdə çalışmalıyıq,” – deyə Mayk Uolts qeyd edib.
Donald Trampın müşaviri həmçinin ABŞ-ın Qızıl Dövrünün dünyaya sülh və rifah gətirəcəyini və bu baş verənə qədər işləməyə davam edəcəklərini vurğulayıb.