İsrail Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərin Livanın cənubundakı Aynat qəsəbəsinə zərbələri nəticəsində azı iki nəfər həlak olub.
Axar.az xəbər verir ki, bu barədə “Naharnet” xəbər portalı məlumat yayıb.
Bildirilib ki, hava hücumu İsrailin şimalındakı Avivim qəsəbəsindəki dayanacağın Livan istiqamətindən atəşə tutulmasına cavab olaraq həyata keçirilib.
Əlavə məlumat verilmir.