AZ

Rusiyada zəlzələ oldu


Cənubi Kuril adaları sahillərində 4,3 bal gücündə zəlzələ qeydə alınıb.

News24.az xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Yujno-Saxalinsk seysmik stansiyasının rəhbəri Yelena Semenovanın sözlərinə görə, regionda baş verən təkanlar səbəbindən sunami xəbərdarlığı verilməyib.

"Zəlzələnin episentri Sakit okeanda, Şikotan adasındakı Malokurilskoye kəndindən 141 kilometr şərqdə, 45 kilometr dərinlikdə yerləşib", - məlumatda deyilir.

Seysmoloq əlavə edib ki, heç kim yeraltı təkanları hiss etməyib.


Seçilən
1
3
news24.az

5Mənbələr