AZ

Nağdəli Xəlilov vəfat etdi

Rəssam Nağdəli Xəlilov vəfat edib.

“Qafqazinfo” xəbər verir ki, bununla bağlı “Xəzər” Muzey Mərkəzinin təsisçisi Səyavuş Əlizadə feysbuk hesabında paylaşım edib.

Paylaşımda deyilir: “Ard-arda daha bir dostumuzu itirdik... Azərbaycan incəsənətində özünəməxsus dəsti-xətti olan rəssamı Nağdəli Xəlilov vəfat etdi”.

O, bu gün Mərdəkan qəbiristanlığında dəfn ediləcək.

Qeyd edək ki, Nağdəli Xəlil oğlu Xəlilov 1 iyun 1946-cı ildə Ermənistanın Masis rayonunda (Qəmərli) anadan olub.

Seçilən
6
11
qafqazinfo.az

10Mənbələr