AZ

"Əmək müqaviləsi ilə çalışanların sayı azalıb" - Deputat

Bu ilin fevralın 1-nə olan məlumata görə, muzdla çalışan işçilərin sayı 1 milyon 757 min nəfər olub ki, bu da yanvarla müqayisədə 21,5 min nəfər azalma deməkdir. Əsas azalma özəl sektorda (18,2 min nəfər) qeydə alınıb, dövlət sektorunda isə 3,3 min nəfər azalma baş verib.

QHT.az xəbər verir ki, bu barədə deputat Vüqar Bayramov məlumat verib. Onun sözlərinə görə, özəl sektorda əmək müqavilələrinin azalmasının əsas səbəbi mikro sahibkarlarla bağlı vergi güzəştlərində edilən dəyişikliklərdir: "2024-cü ildə həmin güzəştlər üçün sahibkarların ən azı 3 işçiyə malik olması tələb edilirdi. 2025-ci ildən isə bu tələb aradan qaldırıldığı üçün bəzi iş yerləri bağlanıb".

Deputat hesab edir ki, özəl sektorun məşğulluğun əsas drayverinə çevrilməsi və yeni iş yerlərinin açılması üçün daha çox dəstək verilməlidir.

 

Pərvanə Fərhadqızı

Seçilən
46
qht.az

1Mənbələr