AZ

Husilər ABŞ-nin təyyarədaşıyan gəmisinə ikinci zərbə endiriblər

Yəmənin “Ənsar Allah” (Husi) hərəkatı Qırmızı dənizdə ABŞ-nin “Harri Truman” təyyarədaşıyan gəmisinə ikinci zərbə endirib...

Poliqon xəbər verir ki, hərəkatın məlumatına görə, ilk hücum martın 16-da axşam saatlarında baş verib.

“24 saat ərzində ikinci dəfə Qırmızı dənizin şimalında Amerikanın “USS Harry Truman” təyyarədaşıyan gəmisini vurduq. Bir neçə saat davam edən hücum bir neçə ballistik və qanadlı raketlər və İHA-lardan istifadə etməklə həyata keçirilib”, deyə Husi silahlı qüvvələrinin Yəmənin “Əl-Məsirə” telekanalı tərəfindən yayılan bəyanatında deyilir.

Hərəkat qeyd edib ki, təyyarədaşıyan gəmiyə endirilən zərbələr ABŞ Hərbi Hava Qüvvələrinin Yəməndə endirdiyi zərbələrə cavabdır. Husilər bildiriblər ki, ilk hücumda pilotsuz təyyarələr və 18 ballistik raketdən istifadə edilib.

Qeyd edək ki, martın 15-də ABŞ prezidenti Donald Tramp husilərə qarşı hərbi əməliyyatların başladığını elan edib. Partlayışlar Yəmənin Səda, Dhamar, Həccə əyalətləri və paytaxt Sənada baş verib. Husilər Vaşinqtondan “ağrılı” cavab almayana qədər atəşkəslə razılaşmayacaqlarını bildiriblər.

Poliqon.info

Seçilən
10
1
poliqon.info

2Mənbələr