AZ

Xəzərdə süni torpaq sahəsinin icarə haqqının hesablanması qaydası müəyyənləşib

Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu
torpaq sahəsinin və süni torpaq sahəsinin icarə haqqının hesablanması Qaydası müəyyənləşib.

APA-nın xəbərinə görə, Nazirlər Kabineti bu barədə qərar verib.

Qaydaya əsasən, Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahəsinin yaradılması məqsədilə ayrılmış su fondu torpaq sahəsinin və süni torpaq sahəsinin 100 kvadratmetri üçün illik icarə haqqının bazis qiyməti 10 manat təşkil edir.

Seçilən
42
apa.az

1Mənbələr