Deməli, 2025-ci ilin ilk ayında əmək müqavilələrinin sayında azalma daha çox özəl sektordakı dəyişikliklər hesabına baş verib. Aydındır ki, əmək müqavilələrin sayı məşğulluğun rəsmilləşdirilməsi və daha çox iş yerlərinin yaradılması baxımdan vacibdir. Dövlət sektorunda əmək müqavilələrinin sayının azalması struktur islahatları ilə bağlı olsa da, özəl sektordakı azalma daha çox mikro sahibkarların yaratdığı iş yerlərinin bağlanması ilə əlaqə olduğu güman edilir.
Belə ki, bu il yanvarın 1-dən etibarən mikro sahibkarlıq fəaliyyəti ilə məşğul olan illik dövriyyəsi 45 min manatdan çox olmayanlar vergi güzəştlərindən faydalanırlar. Həmin sahibkarların gəlirlərinə artıq 75 faiz güzəşt tətbiq olunmağa başlanılıb. 2024-cü ildə isə həmin güzəşti əldə etmək üçün ən azı 3 işçiyə malik olmaq tələbi var idi. Yeni ildən həmin tələb götürüldüyü üçün, güman edilir ki, bu özəl sektorda əmək müqavilələrinin sayının azalmasına səbəb olub.
Digər tərəfdən, əmək müqaviləsi ilə çalışanlar arasında dövlət sektoru yenə də üstünlük təşkil edir. Belə ki, dövlət sektoru ilə müqayisədə özəl sektorda 2 min daha az əmək müqaviləsi qeydiyyatdan keçib. Təbii ki, məşğulluqda özəl sektorun payının artırılması daha prioritet olmalıdır. Özəl sektorun məşğulluğun təminatında və yeni iş yerlərinin yaradılmasında drayverə çevrilməsi olduqca vacibdir".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31