AZ

Binəqədinin icra başçısı reklam və aqlay biznesinə girişib? - Elxan Abdullayev Sahibkarları nəyə məcbur edir?..

Sulutəpə sahibkarları: Mediadan xahiş edirik ki, bu problemi ictimailəşdirsin, bəlkə, Elxan Allahverdiyə “dur” deyən tapılar...

Zaman-zaman rayon-şəhər icra hakimiyyəti orqanları başçılarının qanunsuzluqlarına və digər  korrupsioner əməllərinə qarşı hüquq-mühafizə orqanları tərəfindən tədbirlər görülsə də bu, Binəqədi Rayon İcra hakimiyyətinin başçısı Elxan Allahverdiyev üçün əhəmiyyət daşımır. 

Belə ki, rayonun Sulutəpə qəsəbəsində yaşayan və işləyən bir qrup sahibkar Gununsesi.info-ya müraciətində icra başçısının onların başına açdığı oyundan danışıb.

Qəsəbənin Xocalı prospektində onlara məxsus mağazalar və digər ictimai iaşə obyektlərinin olduğunu vurğulayan sahibkarlar deyir ki, icra başçısı obyektlərin qarşısındakı reklam lövhələrinin və fasad üzlüklərinin  dəyişdirilməsini tələb edir.

“Halbu ki, həm rekmlar, həm də üzlüklər vizual olaraq yaxşıdır. Bir neçə zamandır ki, icra başçısının adından gəlib deyirlər ki, fasad üzlükləri və reklamları dəyişdirin. Bütün mağalar demək olar ki, öz fasadlarını keyfiyyətli keromoqranitlə , yaxud da aqlay üzlüklə üzləyib. Hərəyə bir söz deyirlər. Bildirirlər ki, bunu sökün, biz sizə firma deyəcəyik, oradan  alın. Eyni sözləri də reklamlarla bağlı deyirlər. Prinsipcə buna razılaşanlar olur. Amma icra hakimiyyətinin işçiləri deyir ki,  reklamları bir kv üçün bizim dediyim firmaya 90 manat ödəyin. Fasadların rənglənməsi üçün isə  1 kv metrə görə 15 manat istıyirlər. Bunları özümüz onlar deyən qiymətdən 2-3 dəfə aşağı edə bilərik. Amma tələb qoyulur ki, biz deyın firmalarla etməlisiniz. 

Kasıb adamlarıq, ailələrimizi çətinliklə saxlayırıq. Mediadan xahiş edirik ki, bu problemi ictimailəşdirəsəniz, bəlkə, Elxan Allahverdiyə “dur” deyən tapılsın”, deyə sahibkarların müraciətində bildirilir. 

Poliqon.info

Seçilən
15
11
poliqon.info

10Mənbələr