Robert Levandovski Lionel Messidən sonra “Barselona”da bir mövsümdə 35 qol vuran ilk futbolçu olub.
Msport.az xəbər verir ki, polşalı hücumçu İspaniya La Liqasının XXVIII turunda “Atletiko”ya qarşı keçirilən oyunda (4:2) fərqlənib.
Levandovskinin hesabında hazırkı mövsümdə bütün turnirlər nəzərə alınmaqla 40 oyunda 35 qol var. Forvard “Barselona”da ən məhsuldar mövsümünü keçirir.
Son dörd mövsümdə kataloniyalılarda 35 və daha çox qol vuran ilk oyunçu məhz Levandovskidir. Sonuncu dəfə bunu 2020-21 mövsümündə Lionel Messi bacarmışdı. Həmin vaxt argentinalı 47 matçda 38 qol vurmuşdu.