AZ

"Milan" və "İnter" Arda ilə maraqlanırlar

İtaliyanın "Milan" və "İnter" klubları "Real"ın yarımmüdafiəçisi Arda Gülər ilə maraqlanırlar.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, 20 yaşlı futbolçu klubu tərk etmək istəyir.

"Milan" və "İnter"perspektivli türkü icarəyə götürmək istəyirlər.

"Transfermarkt" portalının mütəxəssisləri Arda Gülərin dəyərini 45 milyon avro qiymətləndirirlər.

Futbolçu bu mövsüm 30 matçda meydana çıxıb, 3 qol və 5 asist ilə yadda qalıb.

Seçilən
12
operativmm.az

1Mənbələr