AZ

Bunu Messidən sonra Levandovski bacardı

Robert Levandovski son 4 mövsümdə “Barselona” forması ilə 35 qol vuran ilk futbolçu olub.

Fanat.Az yerli mətbuata istinadən xəbər verir ki, polşalı ulduz bu nəticəni La Liqanın XXVIII turunda “Atletiko Madrid” ilə matçda (4:2) fərqlənməklə reallaşdırıb.

Belə nailiyyətə son dəfə argentinalı superulduz Lionel Messi nail olub. Leo 2020/2021 mövsümündə 47 oyunda 38 qolla yadda qalıb.

Qeyd edək ki, cari mövsüm Kataloniya təmsilçisinin sıralarında bütün turnirlərdə 40 matça çıxaraq 35 qol vurub.

Seçilən
5
fanat.az

1Mənbələr