Rusiya Federasiyasının nümayəndə heyətinin səfəri Azərbaycan-Rusiya münasibətlərinə əlavə təkan verəcək.
Bu barədə Milli Məclisin sədri Sahibə Qafarova Bakıda Azərbaycan Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi arasında parlamentlərarası əməkdaşlıq üzrə Komissiyanın 22-ci iclasında bildirib.